Bir qrup Azərbaycan vətəndaşı Qazaxıstandan təxliyə edildi
20 Azərbaycan vətəndaşı Qazaxıstandan təxliyə edilib.
Novoye-Vremya.com xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhərindəki nümayəndəsi Anar Hüseynzadə bildirib.
Onun sözlərinə görə, 12 Azərbaycan vətəndaşı Nur-Sultan şəhərindən Moskvaya, oradan isə Bakıya göndərilib.
"8 Azərbaycan vətəndaşı isə Almatı şəhərindən quru sərhədi ilə Bişkekə çatdırılıb. Pandemiya ilə bağlı quru sərhədləri bağlı olsa da, istisna hal kimi bu proses baş tutub. Həmin Azərbaycan vətəndaşları Bişkekdən Moskvaya, oradan isə Bakıya yola salınıb. Daha 10 nəfərin təxliyəsi planlaşdırılır", - səfirlik əməkdaşı vurğulayıb.
O diqqətə çatdırıb ki, Qazaxıstanda baş verən hadisələrdə Azərbaycan vətəndaşlarının ölməsi və xəsarət alması, eyni zamanda, iğtişaşlarda iştirak etməsinə dair hər hansı məlumat daxil olmayıb.
Другие новости
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb
Bakıda ağır qəza - Ölən və yaralananlar var
Məktəbdə yandırılan şagirdin SON DURUMU
Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были