Azərbaycan Prezidentinin Gürcüstan səfəri ilə bağlı "Haber Global"da süjet yayımlandı - VİDEO
Türkiyənin "Haber Global" telekanalında yayımlanan verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfərinə geniş yer verilib.
Oxu.Az xəbər verir ki, telekanalda Azərbaycan liderinin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuat konfransından kadrlar nümayiş etdirilib.
Bildirilib ki, tədbir zamanı İlham Əliyev Gürcüstana rəsmi səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlıq, investisiya imkanları, enerji layihələri, eləcə də regional təhlükəsizlik məsələləri və Qafqazda yeni güc balansının müzakirə olunduğunu bəyan edib.
Nəzərə çatdırılıb ki, ölkə başçısı həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesinin sürətləndirilməsinin, Gürcüstanla ikitərəfli ticarət həcminin artırılmasının və nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb.
Другие новости
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb
Bakıda ağır qəza - Ölən və yaralananlar var
Məktəbdə yandırılan şagirdin SON DURUMU
Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были