Ard-arda beş maşın vuran şəxs: danışı - VIDEO

08:09 / 21.10.2022 Просмотров: 4062

Bakı-Sumqayıt yolunda ard-arda beş maşın vuran sürücü hadisənin necə baş verdiyi barədə məlumat verib.

Baku TV-yə açıqlama verən sürücü Elməddin Abbasov qeyd edib ki, özü şəkər xəstəsidir və meyvə alveri ilə məşğuldur:

"2009-cu ildən şəkər xəstəliyindən əziyyət çəkirəm. Məndə şəkər qalxıb-düşür. Ona görə də cibimdə həmişə konfet gəzdirirəm. Hadisə günü "Meyvəli" bazarında işimlə əlaqədar çıxandan sonra bir konfet yeyib yola düşmüşəm. 6-cı mikrorayona getməli idim, gedib çıxmışam Sumqayıta. Sosial şəbəkələrdə bilib bilmədən danışanlara demək istəyirəm ki, şəkər xəstəsiyəm və komada olmuşam".

Sürücü onu da əlavə edib ki, işi maşınla meyvə alıb-satmaqdır:

"Bugünə qədər belə bir problem yaşamamışdım. Ailəmi uşaqlarımı bu iş sayəsində dolandırıram".

Daha ətraflı Baku TV-nin süjetində:


Другие новости

Лента новостей

Все новости
04 март 2026

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA