Volkan Dəmirəl Türkiyə nəhənginin baş məşqçisi olur
09:55 / 19.06.2023
Просмотров: 5285
“Fənərbaxça”nın keçmiş futbolçusu Volkan Dəmirəl klubun baş məşqçisi ola bilər.
Novoye-vremya.com metbuat.az-a istinadən xəbər verir ki, "Fənərbaxça"nın potensial məşqçiləri arasında adı qeyd edilən Volkan Dəmirəl təklif olacağı təqdirdə razılıq verəcəyini deyib. "Hələlik heç nə deyə bilmərəm. Uğurlar" deyən keçmiş qapçı "Fənərbaxça"nın məşqçiliyinə razılıq verəcəyinə eyham vurub.
Qeyd edək ki, Jorje Jesuşun istefasından sonra “Fənərbaxça”nın prezident Ali Koç baş məşqçi postuna yerli mütəxəssisin gətiriləcəyini açıqlayıb.
Volkan Dəmirəl baş məşqçi postuna daha iddialı olsa da, namizədlər arasında İsmayıl Kartal, Aykut Kocaman, Sergen Yalçın və Abdullah Avcının da adı var.

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были