Ürək kisəsinin iltihabı nədir?

16:48 / 23.06.2023 Просмотров: 5600

Ürəyin serroz qişasının (və ya kisəsinin) iltihabına "perikardit" deyilir. Perikard ürəyi ətraf toxumalardan qoruyan hissəcikdir. Bu hissəciyin zədələnməsi və irinləməsi perikardit xəstəliyinin yaranmasına gətirib çıxarır. Perikarditlər xroniki, kəskin və yarım kəskin dövrə bölünür. Perikarditlər təhlükəli olub-olmadıqlarına görə də 3 hissəyə bölünür: quru, eksudativ, konstruktiv.

Novoye-vremya.com Axşam.az-a istinadən xəbər verir ki, perikardit zamanı ürək damarları genişlənir və keçiriciliyi artır. Qanın maye hissəsi perikard boşluğuna keçir və burada toplanır. Nəticədə, ürəyin serroz qişası bulanıq olur, quru və kələ-kötür hal alır. Ürəyin ətrafı sərtləşir, səthi nahamarlaşır. Bu da ürəyin işini pozur, ətrafında irinlərin əmələ gəlməsinə səbəb olur. Yığılan mayenin miqdarı artdıqca ürəyin də fəaliyyəti çətinləşir. 

Perikarditin əlamətləri:Döş qəfəsində ağrılar Ürəkdə xırıltılı səsÜrək nahiyəsində istiləşməDərindən nəfəs aldıqda, öskürdükdə, udqunduqda ürəkdə ağrıların olmasıAğrının çiyin, boyun hissəsinə yayılmasıTənginəfəslikQusmaÇox hıçqırma Boyun venalarının şişməsi

Xəstəliyin yaranma səbəbi·    Şüa·    İnfeksion xəstəliklər·    Allergiya·    Vərəm·    Miokord infarkt·    Bərk əsəbiləşmə·    Zədə 

Müalicə:Özündə bu əlamətləri hiss edən şəxs dərhal həkimə müraciət etməli, kardioloji müayinədən keçməlidir. Perikard maye alınaraq analiz olunur. Xəstəliyin növü və dərəcəsi aşkarlandıqdan sonra müalicə başlanılmalıdır. Bu cür xəstələrə əsasən yataq rejimi məsləhət görülür. 


Другие новости

Лента новостей

Все новости
13 январь 2026

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA