• Баку 16° C

    3.14 м/с

Tavuşda bir qrup erməni silahlı qüvvələrin mövqelərinə doğru qaçıb - VİDEO 

12:21 / 22.04.2024 Просмотров: 1123

Tavuşda bir qrup erməni Ermənistanın silahlı qüvvələrinin mövqelərinə doğru qaçıb.

 Trend-ə istinadən xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb.

Bildirilir ki, onların bunu etməkdə məqsədi Azərbaycanın apardığı minatəmizləmə işlərinə və delimitasiya prosessinə mane olmaqdır.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

VIDEO:


Другие новости

Лента новостей

Все новости
03 май 2024

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA