Tacikistan Prezidenti: "Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən razıyıq"
Tacikistan Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən razıdır.
Novoye-vremya.com xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıda həmkarı İlham Əliyevlə mətbuata bəyanatında deyib.
Tacikistan lideri Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən razı olduğunu bildirib: “Danışıqlar zamanı təhlükəsizliklə bağlı risklər və təhdidlər müzakirə edildi. Öz növbəmdə onu qeyd etmək istərdim ki, beynəlxalq aləmdə mövcud vəziyyət mürəkkəb və gərgin olaraq qalmaqdadır. Fürsətdən istifadə edərək vurğulamaq istəyirəm ki, Tacikistan bütün ziddiyyətlərin və münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən və məzmunundan məmnunluğumuzu bildiririk".
E.Rəhmon iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın səviyyəsindən məmnun olduğunu qeyd edib:
Bu baxımdan, terrorizmə və ekstremizmə, radikalizmin təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən kibercinayətkarlığa və narkotik qaçaqmalçılığına qarşı mübarizəyə mühüm yer ayırırıq. Bu xətt üzrə xüsusi xidmət orqanlarının və ixtisaslaşdırılmış digər idarələrin fəaliyyətinin əlaqələndirilməsinin gücləndirilməsini zəruri hesab edirik”.
Другие новости
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı
Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO
Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…
RAF R.2102 Elektrikli Toster – 900W Gücündə Sürətli və Dadlı Səhər Yeməyi
VGR V-455 Professional Saç Qurutma Feni – 2400W Güc ilə Salon Keyfiyyəti Evdə
Prezident Fərman İMZALADI
Лента новостей
Все новостиСамый читаемый

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были