• Баку ° C

    0 м/с

Susqunluğunu pozdu: “Gəl, uşaqları apar, özün bax” - Qalmaqal 

21:29 / 08.12.2023 Просмотров: 3402

"Demirdin azadlıq, sərbəstlik istəyirəm. Buyur, sənə azadlıq. Səni evdən çıxartmayıblar, səni boşatdırmamışıq. Neçə dəfə gedib yalvarmışam, ki, evinə qayıtsın. Hətta şahidlər də var. Olanlar oldu. Artıq yorulmuşam. Gəl, uşaqları apar, özün bax".

 teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Mətanət İsgəndərli "Yaxşıya doğru" verilişində son günlər eks gəlini Canana ilə bağlı yaşanan qalmaqalla bağlı danışarkən deyib.

Müğənni bildirib ki, keçmiş gəlini öz xoşu ilə uşaqları onun yanında qoyub gedib:

"İlk məhkəməni biz udmuşuq. Onda uşaqları bizə verdilər. Amma ikinci məhkəmədə işə düzgün baxılmadı və nəticədə uşaqları Cananaya verdilər.

Amma sonra Kərimlə Canana oturub öz aralarında anlaşma sazişi bağladılar. Ki, uşaqlar atası və nənəsinin himayəsində qalacaq. Pandemiyada 6 ay Moskvada qaldıq. Onda uşaqlar Canananın yanında qalırdı. Uşaqlar videozəng edib ağlayırdılar ki, qorxuruq, anamız evdə yoxdur. Anaları səhər qədər evə gəlməyib. Biz Moskvadan geri qayıdanda özü öz xoşu ilə uşaqları qoydu qapımda dedi ki, onlara siz baxın".

Qeyd edək ki, Canananın keçmiş həyat yoldaşının xanımının övladlarını evə buraxmadığı ilə bağlı görüntüləri gündəm olmuşdu.


Другие новости

Лента новостей

Все новости
26 июль 2024

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA