Sürücülərin NƏZƏRİNƏ: Problemli dairənin olduğu yerdə nəqliyyatın hərəkət sxemi dəyişdirilir - VİDEO

09:43 / 15.10.2022 Просмотров: 6559

Xəbər verdiyimiz kimi, Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri paytaxtın mərkəzindən təhsil aldıqları universitetə gələn yeganə marşrut xətti olan 199 saylı avtobusların yolunun bağlanması ilə bağlı ötən ay müraciət yaymışdılar. Tələbələr "Vaz" adı ilə tanınan dairənin tamamilə bağlanması səbəbindən avtobusların universitetin qarşısına gələ bilmədiyini, buna görə hər gün əlavə yarım saat vaxt itirdiklərini bildirmişdilər.

Artıq həmin ərazidə nəqliyyatın rahat hərəkəti üçün geriyədönmə işləri aparılır.

Belə ki, "Vaz" dairəsində ümumi 1400 metrlik ərazi genişləndirilərək avtobusların rahat hərəkəti təmin olunacaq. Sürücülər yaxın məsafədən geridönmə edə biləcəklər./Qafqazinfo


Другие новости

Лента новостей

Все новости
22 январь 2026

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA