SON DƏQİQƏ! Rusiyada yeni qərar qəbul edildi
07:18 / 30.09.2022
Просмотров: 3949
Polis əməkdaşlarına Rusiyanı tərk etmək qadağan edilib.
Novoye-vremya.com xəbər verir ki, məlumatı “dw” yayıb.
Bildirilib ki, Rusiya Daxili İşlər Nazirliyinin şəxsi heyəti və rəhbərliyinin, o cümlədən qadın əməkdaşların rəhbərliyin təsdiqi olmadan ölkədən çıxışı qadağandır.
Məlumata görə, daxili işlər naziri Vladimir Kolokoltsev bu barədə sentyabrın 23-də uyğun sərəncam imzalayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən hərbi səfərbərlik elan edib. Bu məhdudiyyət sentyabrın 21-dək xaricə səyahət etmək üçün bileti və ya yol vərəqəsi olanlara şamil edilməyəcək. Bundan başqa, bildirilib ki, dövlət sirlərinə çıxışı olan polis əməkdaşları pasportlarını təhvil verməlidir.

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были