SON DƏQİQƏ! Prokurorluq gecə saatlarında açıqlama yaydı
16:11 / 18.01.2022
Просмотров: 6702
Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Goranboy Rayon Prokurorluğundan Oxu24.com-a bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilmişdir.
Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Другие новости
Bakıda 550 küçə yuyulub
Əli Quliyev MMA turnirində qələbə qazandı
Pezeşkian: Pakistanda keçirilən danışıqlarda İranın maraqları müdafiə olunur
Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var
İraqın yeni prezidenti o oldu

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были