Simonyan Azərbaycanla ticarət perspektivləri haqqında: Ermənilər benzini daha ucuz alacaqlar"

12:47 / 11.09.2025 Просмотров: 7085

Ermənistan parlamentinin spikeri Alen Simonyan iki ölkə arasında sülh sazişinin imzalanmasından sonra Azərbaycanla iqtisadi əməkdaşlığı şərh edib.

"Report"un erməni KİV-inə istinadən verdiyi məlumata görə, A.Simonyan bu mövzunu bu gün jurnalistlərlə brifinqdə müzakirə edib.

"Bizim mağazalarımızda (Ermənistanda) Azərbaycan malları olacaq. Məsələn, ermənilər benzini daha ucuz alacaqlar, bu qaçılmazdır", - parlament spikeri deyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 7-8-də Vaşinqtonda səfərdə olub.

Səfər çərçivəsində Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə birgə bəyannamə imzalayıblar. Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri üç ölkənin liderlərinin iştirakı ilə "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş"i paraflayıblar.


Другие новости

Лента новостей

Все новости
12 сентябрь 2025

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA