Şəkidə dördotaqlı ev yanıb
14:55 / 06.06.2023
Просмотров: 4634
Şəkidə fərdi yaşayış evində yanğın olub.
Novoye-vremya.com APA-a istinadən xəbər verir ki, rayonun Aran kəndində, kənd sakini Qədim Hacımurad oğlu Kabulova məxsus, ümumi sahədə 140 kvadratmetr olan birmərtəbəli kürsülü 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə və evə bitişik tikilmiş ümumi sahəsi 180 kvadratmetr olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə edilib.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Другие новости
Azərbaycan Müdafiə Nazirliyi: İranın hücum aktları cavabsız qalmayacaq
Yaralılar necədir?- RƏSMİ
Prezident bu qanunda dəyişiklik etdi
SON DƏQİQƏ! İran Azərbaycanın bu hava limanına zərbələr endirib- VİDEO
Sumqayıtda 64 yaşlı kişi güllələndi

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были