Qazaxıstan XİN: "Bakı ilə İrəvan arasında danışıqlarda vasitəçi olmayacağıq"
Azərbaycan və Ermənistan arasında gözlənilən danışıqlar yalnız tərəflər arasında aparılacaq, Astananın vasitəçiliyindən söhbət getmir.
“Sputnik-Kazaxstan”a istinadən xəbər verir ki, bu barədə Astanada keçirdiyi brifinqdə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.
“Həqiqətən də Almatıda belə danışıqlar planlaşdırılır. Azərbaycan və Ermənistandakı həmkarlarımızla əlaqə saxlayırıq. Qarşıdakı danışıqlar yalnız tərəflər arasında aparılacaq. Astananın vasitəçiliyindən söhbət getmir. Biz yalnız xoşməramlı xidmətlər təqdim edirik – necə deyərlər “good Office”, - o bildirib.
Məlumatda o da bildirilib ki, Qazaxıstan XİN məsələ ilə bağlı daha ətraflı məlumat verəcək. Danışıqların tarixi hələlik məlum deyil.
“Əgər bu iki tərəf sülhə nail olarsa və müvafiq razılaşma əldə oluarsa, müsbət təsir təkcə Qazaxıstana deyil, bütün regiona təsir edəcək”, - A.Smadiyarov qeyd edib.
Другие новости
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı
Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO
Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…
RAF R.2102 Elektrikli Toster – 900W Gücündə Sürətli və Dadlı Səhər Yeməyi
VGR V-455 Professional Saç Qurutma Feni – 2400W Güc ilə Salon Keyfiyyəti Evdə

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были