"Qaraca qız" filminin Xədicəsi: "Filmin bir çox səhnələr kəsildi... " - FOTOLAR
"Teleteatrda tamaşaçılarla görüş baş tutmalı idi. Sevillə öncədən danışdıq ki, ora gedəcəyik. Nədənsə həmin görüşə o gəlmədi. Teleteatra zəng edib demişdi ki, gəlməyəcəyəm. Mənə isə söz vermişdi ki, gələcəyəm. Sözün düzü, bu məsələdə mən də insanların yanında yalançı oldum. Daha sonra isə başımız qarışdı. Onun öz ailəsi var, mənim də öz ailəm. Əlbəttə ki, insanlar bizi filmdə birlikdə görüb, birlikdə seviblər. Bir-birimizə hörmətimiz var. İllər sonra məktəbdə uşaqlarla keçirilən görüşdə iştirak etdik".
Novoye-Vremya.com bildirir ki, bunu moderator.az-a açıqlamasında "Qaraca qız" filminin Xədicəsi Leyli Axundova deyib.
"Əksər səhnələrdə Sevillə birlikdəyəm. O məni orada öyrədir ki, necə oynayım, necə alma yığım? Qaraçıların əksəriyyəti Moskvadan gəlmişdilər. Ayıları da sirkdən gətirmişdilər. Filmi montaj etdilər, bir çox səhnələr kəsildi. Filmdən demək olar ki, əsər-əlamət qalmadı" , - deyə o əlavə edib.
.png)
Другие новости
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı
Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO
Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…
RAF R.2102 Elektrikli Toster – 900W Gücündə Sürətli və Dadlı Səhər Yeməyi
VGR V-455 Professional Saç Qurutma Feni – 2400W Güc ilə Salon Keyfiyyəti Evdə

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были