Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb

16:10 / 21.09.2023
Просмотров: 6303
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.
Novoye-vremya.com xəbər verir ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb.
Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb.
Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib.
Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb.
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.
Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.
Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.
Другие новости

Simonyan Azərbaycanla ticarət perspektivləri haqqında: Ermənilər benzini daha ucuz alacaqlar"
jpg_1757575295.jpg)
17 Sentyabrda yalnız bir gün! Bütün ətirlərimizə 40% endirim!

"Komedixana"da yeni sima: Bu məşhur da orda rol alacaq

Prezident onları təltif etdi - ADLAR

Bakıda güclü partlayış olub - FOTO

ABŞ F-22-ləri Putinin təyyarəsini belə müşayiət etdi - Video
Лента новостей
Все новости
16 сентябрь 2025
Самый читаемый

11:33
16 сентябрь 2025
4646