Qarabağ Universitetinə imtahansız qəbul oldu - FOTO
Atilla Muradlı Qarabağ Universitetinin ilk tələbəsi olacaq.
Milli.Az xəbər verir ki, bu barədə Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərgiz Arifqızı öz feysbuk hesabında məlumat verib.
O bildirib ki, Atilla Muradlı mövcud qaydalara əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqədənkənar qaydada universitetin ilk tələbəsi olacaq.
"Atilla Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil almaq istəyir. Atilla elm və təhsil nazirinin müvafiq əmri ilə "Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı"na layiq görülüb. O, Lütfizadə adına Respublika məntiq olimpiadası, N.Nəbiyev adına Respublika fizika müsabiqəsi, Respublika Astronomiya olimpiadası, Fizika fənni üzrə Respublika fənn olimpiadaları qalibi və mükafatçısıdır.
Əldə etdiyi nəticələrdən asılı olmayaraq, hər bir tələbəmiz bizim üçün dəyərlidir, əzizdir. Çünki məhz onlar ilə birgə Qarabağ Universitetini qurub böyüdəcəyik", - deyə N. Arifqızı əlavə edib.
.jpg)
Другие новости
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı
Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO
Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…
RAF R.2102 Elektrikli Toster – 900W Gücündə Sürətli və Dadlı Səhər Yeməyi
VGR V-455 Professional Saç Qurutma Feni – 2400W Güc ilə Salon Keyfiyyəti Evdə

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были