Yapon alimləri yeni bir araşdırmaya imza atıb.
Novoye-vremya.com xəbər verir ki, araşdırmalar nəticəsində qan qruplarının xarakter xüsusiyyətləri müəyyən olub.
Bununla yanaşı, qan qruplarından hansının xəstəliklərə davamlı, hansının yaranma riskinin olduğu da müəyyənləşib.
I qrup (0) - Bu insanlarda özünə inam, qətiyyət, dözümlülük və intuisiya kimi xüsusiyyətlər mövcuddur. Lakin onların eqoist və qərarsız olduğu da güman edilir. Xüsusilə, II qrup-dan (A) olan insanlara eqoist görünürlər.
II qrup (A) - Bu insanlar yaradıcılıq zəka və əməkdaşlıq kimi müsbət xüsusiyyətlərə məxsusudur. Mənfi xüsusiyyətləri isə inadkarlıq və əsəbilikləridir.
III qrup (B) - Bu qan qrupundan olan insanlar güclü, ehtiraslı, empatik və qətiyyətli görünürlər. Eyni zamanda, eqoist və nizamsız davranışlara da sahibdirlər. Bu qrup insanların A qrupu ilə ziddiyət təşkil etdiyi söylənilir.
IV qrup (AB) – Müsbət tərəflərinə rasionallıq və uyğunlaşma qabiliyyətləri daxildir. Lakin qərarsızlıq, tənqidilik və unutqanlıq kimi zəif xüsusiyyətləri də var. Bu qan qrupundan olan insanlar həm A, həm də B qrupundan olan fərdlərin xüsusiyyətlərinə malikdir.
Qan qruplarının xəstəlik riskləri:
0 tipli fərdlərdə xora, ağcaqanad allergiyası və Axilles vətərinin zədələnmələri daha çox olur.
A tipli fərdlərin mədə xərçəngi və ürək xəstəliyi riskinin artması aşkar edilib.
B tipli insanlarda ürək xəstəliyi və yumurtalıq xərçəngi riski daha çoxdur.
AB tipli fərdlərdə ürək xəstəliyinin və hamilə qadınlarda preeklampsi (yüksək təzyiq və sidikdə zülal aşkarlanması) riski çoxdur.