Putinin növbəti səfər edəcəyi ölkə AÇIQLANDI: Mühüm sənədlər imzalanacaq
Rusiya prezidenti Vladimir Putin noyabrın 9-da Qazaxıstana rəsmi səfər edəcək.
Sfera.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar zamanı iki ölkə arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas isqiqamətlərinin, Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyət perspektivlərinin, o cümlədən aktual regional və beynəlxalq problemlərin müzakirəsi gözlənilir”, deyə bəyanatda vurğulanıb.
Qeyd olunub ki, Putin və Tokayev Rusiya və Qazaxıstanın Kostanayda keçiriləcək XIX Regionlararası Əməkdaşlıq Forumunun videokonfrans vasitəsilə plenar iclasında iştirak edəcəklər.
"Səfər nəticəsində bir sıra mühüm birgə sənədlərin imzalanması gözlənilir. Prezidentlər həmçinin media üçün bəyanatlarla çıxış edəcəklər", - Kremldən bildiriblər.
Другие новости
Pensiyalar ÖDƏNİLDİ
TƏCİLİ! İran bu dəqiqələrdə qərarını açıqladı:Orduya əmr VERİLDİ
Əmr İMZALANDI: Bu vəzifələr ləğv edildi
Kayrat Sarıbay Azərbaycanın AQEM-də liderliyini yüksək qiymətləndirib
Azərbaycanın tanınmış Xalq artisti vəfat etdi - FOTO

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были