Polislər yeniyetmə qızı 10 il boyunca zorladılar
Sandra Birçmor 23 yaşında intihar edənə qədər on il ərzində üç Amerika polisi tərəfindən zorlanıb.
Milli.Az bildirir ki, bu barədə "The Independent" məlumat yayıb.
Birçmorun uşaqlıqdan polisin işinə heyran olduğu bildirilib. 2010-cu ildə o, iştirakçılara hüquq-mühafizə orqanlarında işləmək aspektlərinin öyrədildiyi gənclər proqramına daxil olub. Massaçusets ştatının polis zabiti Metyu Farvell 13 yaşında olarkən Birçmorla uyğun olmayan münasibətə başlayıb. Həmin vaxt Metyunun 27 yaşı olub. Həmçinin qıza münasibətdə cinsi xarakterli hərəkətlər Farvellin qardaşı və müdiri tərəfindən edilib.
Bu əlaqə Birçhmor 2021-ci ildə 23 yaşında vəfat edənə qədər davam edib. Və o anda qadın atası Metyu Farvell olan ilk uşağına hamilə olub. Cinayət qadının ölümündən bir il sonra məlum olub.
İstintaqın nəticələrini təqdim edən Staunton polis rəisi Maknamarra, "Hər üçü öz rəsmi andlarını pozdular və heç vaxt polis kimi xidmət etməməlidirlər" deyib.
Другие новости
Azərbaycan Müdafiə Nazirliyi: İranın hücum aktları cavabsız qalmayacaq
Yaralılar necədir?- RƏSMİ
Prezident bu qanunda dəyişiklik etdi
SON DƏQİQƏ! İran Azərbaycanın bu hava limanına zərbələr endirib- VİDEO
Sumqayıtda 64 yaşlı kişi güllələndi

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были