Keçmiş vəkilə ağır cəza verildi - FOTO

08:46 / 10.10.2022 Просмотров: 5146

Keçmiş vəkil, külli miqdarda dələduzluqda təqsirləndirilən Vüqar Səfərli barəsində məhkəmə araşdırması başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Hökmə əsasən, V.Səfərli 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Vüqar Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır. V.Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloger Səbinə Kətanovadır. Keçmiş vəkilin ona 130 min manatdan çox zərər vurduğu bildirilir. İş üzrə 17 nəfər zərərçəkən şəxs olub.

Vüqar Səfərli bir müddət əvvəl Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

Səbina Kətanova


Другие новости

Лента новостей

Все новости
23 январь 2026

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA