Gülbahar Vəliyeva vəfat etdi - FOTO
14:40 / 30.11.2023
Просмотров: 6791
Tanınmış inşaatçı Gülbahar Vəliyeva vəfat edib.
"Report"a istinadla bildirir ki, tanınmış inşaatçı, Sumqayıt şəhər Ağsaqqallar Şurasının üzvü Gülbahar Nemət qızı Vəliyeva 93 yaşında vəfat edib.
Qeyd edək ki, G.Vəliyeva 1930-cu ildə Şamaxı rayonunda anadan olub. 1949-cu ildən Sumqayıtda yaşayıb. Uzun müddət rəngsazlar briqadiri işləyib, iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, dəfələrlə şəhər Sovetinin deputatı seçilib. “Oktyabr inqilabı”, “Əmək Şöhrəti”, “Şöhrət” ordenləri ilə təltif olunub. O, Sumqayıtın quruculuğunda, ictimai-siyasi həyatında fəal iştirak edib və müxtəlif medallar, fəxri fərmanlara layiq görülüb.

Другие новости
Bakıda 550 küçə yuyulub
Əli Quliyev MMA turnirində qələbə qazandı
Pezeşkian: Pakistanda keçirilən danışıqlarda İranın maraqları müdafiə olunur
Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var
İraqın yeni prezidenti o oldu
İran-ABŞ danışıqlarına ekspertlər qoşulub, sabah da davam edə bilər - YENİLƏNİB
Лента новостей
Все новости
11 апрель 2026

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были