Füzulidə iki nəfər minaya düşərək həlak oldu: DİN-dən AÇIQLAMA – YENİLƏNİB

08:50 / 30.09.2022 Просмотров: 1724

Daxili İşlər Nazirliyi bu gün Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində minaya düşərək ölən şəxslərlə bağlı açıqlama yayıb.

DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, dəfələrlə işğaldan azad olunmuş ərazilərdə minaların və digər partlayıcı maddələrin olması ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bəzi şəxslərin nəzarət-buraxılış məntəqələrindən kənar yollarla həmin ərazilərə daxil olması faktlarına rast gəlinir.

Təəssüf ki, bu gün saat 21:00 radələrində Masallı rayon Hacıtəpə kəndində anadan olmuş Amid Əsədov və Füzuli rayon Ağaxanlı kəndində anadan olmuş Çərkəz Quluzadə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisinə nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz yolla keçiblər. Nəticədə erməni silahlı qüvvələri tərəfindən əvvəlcədən basdırılmış minaya düşərək hadisə yerində ölüblər.

Dərhal Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Polis əməkdaşları tərəfindən meyitlər oradan götürülərək müayinə olunması üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.

22:38

Sentyabrın 30-u Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadənin minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Füzuli rayon prokurorluğundan novoye-vremya.com-a bildirilib ki, aparılmış araşdırmalarla rayonun Yuxarı Dilağarda kəndində olarkən Amid Əsədov və Çərkəz Quluzadənin minaya düşmələri nəticəsində ölmələri müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.


Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA