"Eynulla Fətullayev mənə 100 min manat təklif etdi" - Əvəz Zeynallı / VİDEO
Xural TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı həmkarı Eynulla Fətulluyevin onun barəsindəki iddialara münasibət bildirib.
Novoye-vremya.com xəbər verir ki, Ə.Zeynallı Xural TV-nin efirində canlı yayım edərək, iddiaları təkzib edib. O qeyd edib ki, Eynulla Fətullayev özü ona rüşvət təklif edib:
"Eynulla Fətullayev mənim iştirakım ilə bildiyim bir jurnalistə Rasim Məmmədov barədə yazmaması ilə bağlı 100 min manat təklif edib. Hətta deyib ki, Əvəzi də razı salsan, ona da 100 min verəcəm. İstəsələr, açıqlayarlar, lazım olsa, özüm açıqlayaram. Mən onun 100 minini əlimlə rədd eləmişəm".
"Səs yazısında ianə edim deyərkən pulu yox, əlimdə olan sənədləri nəzərdə tutmuşam. Səsi vəkil Elçin Sadıqova göndərmişəm. O mənə öz ailəm qədər yaxın olduğu üçün səsdə izahlı sözlərdən istifadə etməyi lazım bilməmişən. Gərək Şərin Eynullası olduğunu nəzərə alaraq, orda söhbətin puldan getmədiyini xüsusilə vurğulayardım", - deyə o qeyd edib.
Qeyd edək ki, E.Fətullayev jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat pul tələb etdiyi barədə məlumat yayıb.//metbuat.az
Другие новости
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb
Bakıda ağır qəza - Ölən və yaralananlar var
Məktəbdə yandırılan şagirdin SON DURUMU
Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были