Ərdoğan“balkon çıxışı”ndan niyə imtina etdi? - Diqqətçəkən səbəb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdə qalib gələndən sonra “balkon çıxışı” ilə xalqa müraciət etməsi diqqət çəkirdi.
Novoye-vremya Metbuat.az-a istinadən xəbər verir ki, Ərdoğan buna qədər bütün seçkilərdən sonra xalqa müraciətini hakim Ədalət və İnkişaf partiyasının Ankaradakı qərargahından edib. Bu dəfə isə Ərdoğan qalib olandan sonra ilk dəfə xalqa müraciətini Prezident Sarayından etdi. Hakimiyyətə yaxınlığı ilə bilinən jurnalist Hander Fırat öz mənbələrinə istinadən bildirib ki, Ərdoğan bununla bütün vətəndaşları əhatələyən siyasətini davam etdirəcəyinə dair güclü mesaj vermək istəyib. Bildirilir ki, Ərdoğan müxalifətə səs verən vətəndaşların yanında olduğunu daha güclü şəkildə nümayiş etdirmək istəyib.
Qeyd edək ki, Ərdoğanın Prezident sarayından xalqa müraciəti zamanı meydanda az sayda hakim partiyanın bayrağı olub. Vətəndaşların əlində əsasən Türkiyə bayraqları olub.
Другие новости
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı
Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO
Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…
RAF R.2102 Elektrikli Toster – 900W Gücündə Sürətli və Dadlı Səhər Yeməyi
VGR V-455 Professional Saç Qurutma Feni – 2400W Güc ilə Salon Keyfiyyəti Evdə

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были