Ərdoğan Azərbaycanla bağlı vacib sənədi təsdiqlədi

09:44 / 11.01.2022 Просмотров: 3388

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib.

Novoye-Vremya.com xəbər verir ki, bununla bağlı qərar rəsmi “Gazete”də dərc olunub.

Razılaşmaya əsasən, 2024-cü ilədək illik olaraq Azərbaycanda idxal edilən 1,7 milyard kubmetr təbii qaz Socar Turkey Enerji A.Ş ehtiyacları üçün təmin ediləcək.

Qeyd olunub ki, memorandum 2021-ci ilin dekabrında Bakıda Azərbaycan energetika naziri Pərviz Şahbazov və Türkiyə energetika və təbii sərvətlər naziri Fatih Dönməz tərəfindən imzalanıb.


Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA