Bakı-Ələt yolunda 10 maşın toqquşdu - Uzun tıxac yarandı - VİDEO 

08:00 / 13.11.2023 Просмотров: 6093

Bakı-Ələt yolunda zəncirvari qəza baş verib.

Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Qəza yolda sıxlığa səbəb olub və avtomobillərin hərəkətini çətinləşdirib.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.az-a bildirilib ki, bu gün 16 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 70-ci kilometrliyində iki nəqliyyat vasitəsi toqquşub:

"Hadisə nəticəsində sıxlıq yaranıb. Daha sonra zəncirvari qəza baş verib və ümumilikdə 10-a yaxın nəqliyyat vasitəsi toqquşub. Hazırda əraziyə əməkdaşlarımız cəlb olunublar. Avtomobillərin təhlükəsiz hərəkəti bərpa olunub".

VİDEO:


Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA