AzTV-nin aparıcısına vəzifə verildi
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.
Novoye-Vremya.com xəbər verir ki, sözügedən xidmətin icraçı direktorunun müvafiq əmrinə əsasən, AzTV-nin aparıcısı Təranə Quliyeva bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, Təranə Quliyeva Azərbaycan Dillər Universitetində regionşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb.
O, əmək fəaliyyətinə "Lider" TV-də redaktor və aparıcı kimi başlayıb. Daha sonra müxtəlif dövrlərdə ATV, "GünAz" TV və MTV telekanallarında aparıcı, redaktor və layihə rəhbəri vəzifələrində fəaliyyət göstərib. Eyni zamanda, media şirkətində icraçı direktor və kreativ direktor vəzifəsini icra edib.
Xatırladaq ki, o, Azərbaycan Televiziyasında (AzTV) "Telesəhər" verilişinin aparıcısıdır və fəaliyyətini bu istiqamətdə də davam etdirəcək./oxu24/
Другие новости
Prezident sərəncam İMZALADI: Azərbaycanda yeni zavod tikiləcək
Bu şəxslərin kartlarına pul köçürüldü -RƏSMİ
Rusiyada təyyarə qəzası: Xeyli sayda həyatını itirən var
TƏCİLİ! FHN, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi barədə mühüm qərar
Evində maşını olanların NƏZƏRİNƏ

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были