Azərbaycanlı məktəblilər həbs edildilər - FOTOLAR

08:07 / 24.10.2022 Просмотров: 941

İranın hökumət qüvvələri Binab şəhərində Cənubi azərbaycanlı üç məktəblini həbs ediblər.

Novoye-vremya.com xəbər verir ki, bu barədə "Azad İran” "Telegram” kanalı məlumat yayıb.

Məktəblilər Əşkan Cavidfər, Əli Vəliməhəmmədi və Araz Bədii molla rejiminin təhlükəsizlik orqanları tərəfindən saxlanılıblar.

Hələlik məktəblilərin hansı səbəbə görə tutulduğu və harada saxlanıldıqları barədə məlumat verilmir.

Xatırladaq ki, İran rejimi ölkədə kütləvi etirazlar başlayandan bir neçə məktəblini güllələyib və çox sayda şagirdi həbs edib.

 


Другие новости

Лента новостей

Все новости
22 январь 2026

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA