Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı
MƏQAM MTK-nın vəzifəli şəxsləri tərəfindən Nərimanov rayonu, Xətai prospekti 41 ünvanında yerləşən və paylı mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş müraciət üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılıb.
Nərimanov rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, araşdırmalarla Cəmil Qasımovun qeyd edilən MTK-nın icraçı direktoru vəzifəsində işləyərkən söküntü işlərinin aparılmasına dair müqavilə bağlanmış şəxsə guya həmin mənzildə payları olan şəxslərin razılığının alınması barədə yalan məlumat verərək ümumi sahəsi 111.2 kvadratmetr olan yaşayış sahəsinin 38.07 kv.metr hissəsinin qanunsuz sökülməsinə nail olması və nəticədə vətəndaşa 71 min manatdan artıq məbləğdə maddi ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Cəmil Qasımova Cinayət Məcəlləsinin 186.2.1 (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə göndərilib.
Другие новости
Azərbaycan Müdafiə Nazirliyi: İranın hücum aktları cavabsız qalmayacaq
Yaralılar necədir?- RƏSMİ
Prezident bu qanunda dəyişiklik etdi
SON DƏQİQƏ! İran Azərbaycanın bu hava limanına zərbələr endirib- VİDEO
Sumqayıtda 64 yaşlı kişi güllələndi
ABŞ-ın sualtı qayığı Şri-Lanka sahillərində İran gəmisini batırıb, 80 nəfər ölüb - YENİLƏNİB-1
Лента новостей
Все новостиСамый читаемый

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были