Azərbaycanda iş adamı oğlunu həbs etdirdi
19:36 / 18.07.2024
Просмотров: 16000
Gəncədə iş adamı oğlunu həbs etdirib.
publika.az-a istinadən xəbər verir ki,1993-cü il təvəllüdlü A.Sultanov (soyad şərtidir) Gəncə şəhər Atatürk prospektində yerləşən "City center" mağazasına gəlib. O, mağazanın sahibi olan atasından pul tələb edib.
Lakin iş adamı M.Sultanov oğluna pul verməkdən imtina edib. Bundan sonra A.Sultanov mağazadan çıxaraq uca səslə söyüş söyməyə, ictimai asayışı pozmağa başlayıb, atasının ünvanına nalayiq ifadələr işlədib.
Polisə müraciət edildikdən sonra 31 yaşlı A.Sultanov saxlanılıb. Onun barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində protokol tərtib edilib. Saxlanılan şəxs daha sonra Gəncə Şəhər Məhkəməsinə göndərilib və ona 5 sutka inzibati həbs cəzası verilib.
Другие новости
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı
Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO
Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…
RAF R.2102 Elektrikli Toster – 900W Gücündə Sürətli və Dadlı Səhər Yeməyi
VGR V-455 Professional Saç Qurutma Feni – 2400W Güc ilə Salon Keyfiyyəti Evdə
Prezident Fərman İMZALADI
Лента новостей
Все новостиСамый читаемый
20:00
23 сентябрь 2026
4607

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были