Azərbaycan Cümhuriyyətinin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlunun nəvəsi vəfat edib.
Novoye-vremya xəbər verir ki, tarix elmləri doktoru, professor Xan Xoyski Azad Cəfər oğlu 75 yaşında vəfat edib.
Qeyd edək ki, Azad Xan Xoyski Azərbaycan Cümhuriyyəti (1918-1920) dövründə Azərbaycanın dövlət idarələrində məsul vəzifələr tutmuş peşəkar hüquqşünas, Cümhuriyyətin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlu Əmiraslan Xan Xoyskinin nəvəsidir.
O, “Azərbaycan Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.