AZAL-ın Bakı-Dubay və Bakı-Ciddə reysləri geri qayıdıb
Azərbaycan Hava Yolları aviaşirkətinin J2-011 nömrəli Bakı-Dubay və J2-1091 nömrəli Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.
novoye-vremya.com-ya bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.
Bakı-Dubay reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna 10:47-də uğurla eniş edib. Ciddə reysinin Bakı hava limanına yaxın zamanda enişi gözlənilir.
AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.
Əlavə məlumat əldə etmək üçün sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər./Sfera.az/
Другие новости
Azərbaycan Müdafiə Nazirliyi: İranın hücum aktları cavabsız qalmayacaq
Yaralılar necədir?- RƏSMİ
Prezident bu qanunda dəyişiklik etdi
SON DƏQİQƏ! İran Azərbaycanın bu hava limanına zərbələr endirib- VİDEO
Sumqayıtda 64 yaşlı kişi güllələndi

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были