Aygün Kazımova ilə Murad Arifdən “Çalxala” - VİDEO

14:53 / 13.06.2023 Просмотров: 6513

Xalq artisti Aygün Kazımova və bəstəkar Murad Arif günlərdir maraqla gözlənilən “Çalxala” adlı kliplərini təqdim ediblər.

İlk dəfə Murad Arifin “Solo” adlı konsertində səsləndirilən mahnı sosial şəbəkədə ən çox paylaşılan görüntülər sırasında yer alıb. Sənətçilər bir araya gələrək rəngarəng klip ərsəyə gətiriblər.

Kazımova ekran işi üçün bu dəfə də xüsusi hazırlaşıb. Pop divanın tərzi üzərində stilist Ruxa çalışıb.

Söz və musiqisi Murad Arifə məxsus olan mahnı üçün onlar 2 gün kamera qarşısında olublar. Mahnı Murad Arifin “Çalxala” adlı albomunun çıxış parçasıdır.

Qeyd edək ki, klipi Delee Oruclu ekranlaşdırıb.


Другие новости

Лента новостей

Все новости
09 март 2026

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA