ANS-in qadın imzası daşıyan kişi aparıcısının etirafı – Niyə Nailəoğlu?
ANS telekanalının məşhur aparıcısı Natiq Nailəoğlu qadın imzası daşımasına aydınlıq gətirib.
Novoye-vremya.com tabloid.az-a istinadən bildirir ki, aparıcı bununla bağlı danışıb.
Heç nəyə baxmayaraq, bu imzanı ömrü boyu daşıyacağını deyib:
“Nailəoğlu” imzasına görə, çoxları məni qınayır. İmzam insanlarda fərqli fikirlər formalaşdırır. Biri elə bilir mən uşaq evində böyümüşəm. Başqası elə bilir ki, Nailə İslamzadənin oğluyam. Hətta bu yaxınlarda Gövhər Həsənzadə məni tədbirlərdən birində görüb anamın əhvalını soruşdu. Mən də ona izah etdim ki, mən Nailə İslamzadənin oğlu deyiləm. İki yaşım olanda anam dünyasını dəyişib.
Arzum olub ki, onun adını hansısa formada yaşadım. Onun adını özümə imza olaraq götürdüm. Niyə də olmasın?! Cənnət anaların ayaqları altındadır. Məgər ananın adını imzanda daşımaq ayıbdır? Bunu özümə ayıb saymıram. Heç nəyə baxmayaraq, bu imzanı ömrüm boyu daşıyacağam. Qanunlarımız yol versə, hətta soyadım kimi rəsmiləşdirərdim”.
P.S. Ölkə qanunvericiliyi Natiq Nailəoğlunun bu arzusunu reallaşdırmasına imkan verir.
Другие новости
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı
Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO
Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…
RAF R.2102 Elektrikli Toster – 900W Gücündə Sürətli və Dadlı Səhər Yeməyi
VGR V-455 Professional Saç Qurutma Feni – 2400W Güc ilə Salon Keyfiyyəti Evdə

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были