Bu ayda ardıcıl 4 gün iş olmayacaq

20:08 / 03.04.2025
Просмотров: 4581
İyun ayında qeyri-iş günlərinin sayı məlum olub.
Novoye-vremya.com xəbər verir ki, iş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 6 və 7-si Qurban bayramı, 15-i Milli Qurtuluş Günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.
İyunun 7-si şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına əsasən, beşgünlük iş həftəsində 9 iyunda da iş olmayacaq. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl - 6, 7, 8, 9 iyun tarixləri istirahət günləridir.
Həmçinin iyunun 15-i bazar gününə təsadüf etdiyindən 16 iyun da qeyri-iş günü olacaq.
Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla, iyunda qeyri-iş günlərinin sayı 13 gün təşkil edəcək.
Другие новости

Vladimir Putin İlham Əliyevi təbrik edib

"Səni sevirəm" - Müşviq kövrəldi

Vəkil Adəm Məmmədov qanunsuz həbsi ilə bağlı apellyasiya şikayətini hüquq ictimaiətinə təqdim etdi - FOTOLAR

Bu şəxslərin əməkhaqqında yüksək ARTIM OLACAQ - Məbləğ açıqlandı

Bəylər Əyyubova ağır itki üz verdi - FOTO
